​Şəkidə mikroavtobusla avtomobil toqquşub, xəsarət alanlar var

​Şəkidə mikroavtobusla avtomobil toqquşub,
15:50 18.10.2022
262 Hadisə
A- A+

Şəkidə sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "VAZ-21012" markalı minik avtomobili toqquşub.

Qəza zamanı "VAZ"da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report