​“Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq” - Ceyhun Bayramov

​“Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq” -
09:15 19.10.2022
253 Ölkə
A- A+

“Müstəqilliyimizə və suverenliyimizə davamlı dəstəyə görə qardaş Özbəkistan xalqına və hökumətinə minnətdarıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında özbəkistanlı həmkarı Vladimir Norova ölkəmizin Müstəqilliyin Bərpası ilə bağlı təbrik paylaşımına görə təşəkkür edərkən yazıb.

“Xoş arzularınız üçün təşəkkür edirəm əziz Vladimir Norov. Xalqlarımız arasında dostluq əbədi olsun!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.