​Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

​Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə
09:20 19.10.2022
271 İdman
A- A+

Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olacaq. Cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Çağırış Kuboku

1/32 final mərhələsi

İlk oyun

18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan)

Bakı. Dərnəgül Voleybol Mərkəzi