​Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

​Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara
09:35 19.10.2022
272 Hadisə
A- A+

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.