​"Bakı Fond Birjası" repo bazarı ilə bağlı yeni qaydalar qəbul edib

​
09:50 19.10.2022
A- A+

"Bakı Fond Birjası" QSC “Repo predmetinin müəyyən olunması, repo əməliyyatları üzrə təminat əmsalının hesablanması və açıqlanması Qaydaları”nı qəbul edib.

Bu barədə Birjadan məlumat verilib.

Məlumata görə, məqsəd repo predmeti hesab edilən korporativ qiymətli kağızlar üçün repo əməliyyatları üzrə likvidliyin və risk idarəetmə mexanizmlərinin optimallaşdırılması məqsədilə təminat əmsalının hesablanması, müəyyən olunması və açıqlanmasını tənzimləməkdir. Qaydalar ötən gündən qüvvəyə minib.