​Siyəzəndə mikroavtobus aşıb, xəsarət alanlar var

​Siyəzəndə mikroavtobus aşıb,
10:30 19.10.2022
258 Hadisə
A- A+

Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report