​Qırğızıstan Tacikistanla sərhəddə KTMT kontingentinin yerləşdirilməsini təklif etdi

​Qırğızıstan Tacikistanla sərhəddə KTMT kontingentinin yerləşdirilməsini
10:40 19.10.2022
246 Dünya
A- A+

“Qırğızıstan Tacikistanla sərhəddə vəziyyətin gərginliyini azaltmaq üçün KTMT-nin hərbi kontingentinin yerləşdirilməsini məqsədəuyğun hesab edir”.

Bu sözləri Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov Bişkekdə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, mübahisəli ərazilərdə Düşənbə ilə konsensusa gəlmək kifayət qədər çətin olacaq, çünki hər tərəfin öz həqiqəti var.

Əlavə edib ki, yalnız KTMT hərbçiləri Qırğızıstan-Tacikistan sərhədində yerləşdikdən sonra, demarkasiya və delimitasiya prosesini davam etdirmək mümkün olacaq.

Mənbə: TASS