​Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

​Tanınmış uşaq həkimi vəfat etdi -
11:00 19.10.2022
367 Hadisə
A- A+

Respublikada tanınmış pediatr Cabbar Mustafayev dünyasını dəyişib.

 Bu barədə mərhumun dostları bildiriblər.

Həkimin qara ciyər xəstəliyindən vəfat etdiyi bildirilir.

Cabbar Musayev Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 1994-2000-ci illərdə Şəki Mərkəzi Rayon Uşaq Xəstəxanasında həkim-pediatr işləyib.

2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzdində xüsusi əlahiddə taborda tibbi xidmət rəisi, 2002-2007-ci illərdə Şəki şəhər uşaq xəstəxanasında, 2011-2012-ci illərdə "Atlas” Tibb Mərkəzində, 2012-2015-ci illərdə "Baku City” Hospitalda həkim-pediatr kimi fəaliyyət göstərib.

Baku Tehran Tibb Mərkəzində, Ege Hospitalda həkim-pediatr işləyib.

Allah rəhmət eləsin.