​Fazıl Say azərbaycanlı violonçel ifaçısı ilə Amerika turuna çıxır

​Fazıl Say azərbaycanlı violonçel ifaçısı ilə
11:15 19.10.2022
A- A+

Dünya şöhrətli türkiyəli piano ifaçısı Fazıl Say və azərbaycanlı violonçel ifaçısı Camal Əliyev ABŞ və Kanadaya musiqi turuna çıxır.

Bu barədə musiqiçi özünün sosial şəbəkə hesabında məlumat verib.

Tur çərçivəsində Çikaqo, Qranvil, Los-Anceles, Vankuver, Nyu-York, Vaşinqton, Boston, Toronto kimi iri şəhərlərdə proqramla çıxış nəzərdə tutulub.

İlk konsert proqramı oktyabrın 27-də Çikaqoda, son konsert isə noyabrın 6-da Toronto şəhərində baş tutacaq.