​Şirvan Şəhər Polis Şöbəsinə rəis müavini təyin edilib

​Şirvan Şəhər Polis Şöbəsinə rəis müavini
11:35 19.10.2022
458 Hadisə
A- A+

Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.