​Bu xəstəlik 500 milyon insana təsir edəcək - ÜST xəbərdarlıq etdi

​Bu xəstəlik 500 milyon insana təsir edəcək - ÜST
11:28 19.10.2022
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə olaraq hərəkətsizliyin insan sağlamlığına təsiri ilə bağlı hesabat dərc edib.

Hesabata görə, hökumətlər bu məsələ ilə bağlı mövqelərini dəyişməsələr, 2020-30-cu illər arasında fiziki aktivliyin olmaması səbəbindən ürək problemləri, piylənmə və şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanların sayı təxminən 500 milyona çatacaq.

Bunun səhiyyə sistemlərinə hər il təxminən 27 milyard dollara başa gələcəyi gözlənilir. Bunun yaradacağı iş yükünün digər xəstələrə göstərilən xidməti də yavaşladacağı düşünülür. ÜST-nin 194 ölkədən toplanan məlumatlarla hazırladığı hesabat göstərir ki, ölkələr öz vətəndaşlarını hərəkətə keçməyə təşviq etmək üçün yetərli deyil.

ÜST-nin məlumatına görə, yalnız 40 ölkədə fəaliyyət siyasəti var. Təşkilat müəyyən edib ki, ölkələrin yalnız 30 faizində bütün yaş qrupları üçün fiziki fəaliyyət qaydaları var. Velosiped zolaqları və təhlükəsiz səkilər kimi insanları hərəkətə təşviq edən strukturlara ölkələrin 40 faizində rast gəlinib. ÜST-nin baş katibi Adhanom Qebreyesus, "Daha çox ölkənin insanları gəzməyə, velosiped sürməyə, idmana və digər fiziki fəaliyyətlərə təşviq etməsinə ehtiyacımız var" - deyib.

Mənbə: Manset