Moldovanın müdafiə naziri Nosatiy Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib.
Ukraynaya qarşı atılan bəzi Rusiya raketlərinin Moldova ərazisi üzərindən keçdiyini qeyd edən Nosatiy bunun bir daha təkrarlanmayacağına dair heç bir təminat olmadığını, buna görə də təhlükəsizlik məsələlərində Qərb tərəfdaşları, NATO və Rumıniyadan dəstək istədiklərini bildirib.
Moldovada səfərbərlik elan olunub-olunmayacağı ilə bağlı suala Nosatiy belə cavab verib:
“Bu ssenarinin reallaşması üçün Ukraynada cəbhədə ciddi dəyişikliklər yaşanmalıdır. Məsələn, münaqişə sərhədlərimizə doğru irəlilədikdə, Ukraynadan ölkəmizə immiqrasiyada dəyişikliklər olarsa və ya döyüş bölgəsində qoşunların səfərbər olunmasını müşahidə edəriksə, bu baş verəcəkdir. Təbii ki, bu halda reaksiya verə bilmək üçün müəyyən tədbirlər görməliyik”.
Mənbə: Odessa.journal