Moskvanın Basmannı Məhkəməsinə bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
“Məhkəməyə elektron poçt vasitəsilə binaya partlayıcı qurğu qoyulması ilə bağlı anonim məlumat daxil olub. Bununla bağlı məhkəmə binasından əməkdaşlar və ziyarətçilər təxliyə edilib”.
Bildirilib ki, hadisə yerinə kinoloqlar və xilasedicilər gəlib.
Mənbə: TASS