Estoniya parlamentinin dünən keçirilən plenar iclasının səsvermə nəticələrinə əsasən, Rusiya “terrorçu dövlət” elan edilib.
Məlumata görə, 101 yerlik parlamentdə 83 deputat qətnaməni dəstəklədiyi halda, 3 deputat bitərəf qalıb.
Parlamentdən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putin rejiminin nüvə silahından istifadə təhdidləri ilə Rusiyanı Avropa və dünya sülhü üçün ən böyük təhlükəyə çevirdiyini ifadə edir:
“Estoniya parlamenti Rusiyanı terror dövləti, Rusiya Federasiyasını Terrorun tərəfdarı və birlikdə mübarizə aparılmalı ölkə olaraq tanıyır. Digər ölkələri də oxşar qərarlar qəbul etməyə dəvət edirik”.
Rusiyada yerləşən özəl hərbi şirkət “Wagner Group” ilə Donetsk və Luqansk vilayətlərindəki separatçı qrupların terror təşkilatı kimi tanınmasına çağıran Estoniya parlamenti həmçinin, işğal olunmuş Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaqını pisləyib.
Mənbə: Visitukraine.today