Ermənistan hakimiyyəti Azərbaycandan kənarda Qarabağı tanıyan sənədi tapa bilmir.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Praqada keçirilən görüşündə İrəvan və Bakı BMT Nizamnaməsinə və tərəflərin vaxtilə bir-birinin ərazi bütövlüyünü tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
“Lakin 1990-1995-ci il çağırış Ermənistan Ali Sovetinin deputatları Ermənistanın bu bəyannaməni qeyd-şərtlə ratifikasiya etdiyini bəyan edərək, bunun Qarabağa aid olmadığını qeyd edib. Bu barədə bizə Ali Şuranın sədr müavini Ara Saakyan, Suren Zolyan və Kim Balayan məlumat verib. Amma bu açıqlamalardan sonra səlahiyyətlilər səsvermənin bəyannaməsini və protokolunu MŞ və ya Xarici İşlər Nazirliyinin arxivində tapmağa çalışsalar da, tapmayıblar.
Milli Məclisdə bizə dedilər ki, onların arxivində belə bir sənəd yoxdur, bəlkə də Milli Arxivdədir. 260 nəfərin iştirak etdiyi və bir çox insanın bildiyi tarixi sənədin harda yoxa çıxdığını öyrənmək üçün sorğu göndərdik”, - deyə qəzet qeyd edib.
Mənbə: News.am