​Trampın 2 il əvvəlki səs yazısı yayıldı: Ərdoğanla bağlı BUNU DEYİB

​Trampın 2 il əvvəlki səs yazısı yayıldı:
13:00 19.10.2022
389 Siyasət
A- A+

ABŞ prezidenti Donald Trampın gizli səs yazıları ortaya çıxıb.

Sözügedən səs yazılarını ABŞ jurnalisti Bob Vudvord yayıb. Təqdim edilən 8 saatlıq səs yazısı “The Trump Tapes” adı ilə yayılıb.

Trampın səs yazılarında prezident R.T.Ərdoğanla bağlı “Mən onunla yaxşı anlaşıram” ifadəsini işlətməsi diqqət çəkib. Səs yazısının sonunda Tramp asan insanlarla o qədər də yaxşı yola getmədiyini bildirib.

Səs yazılarında Tramp Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Putin haqqında da açıqlamalar verib.

“Gülməli deyilmi? Münasibətlərimdə nə qədər sərt insanlarla rastlaşsam, onlarla daha yaxşı anlaşıram. Başa düşürsənmi? Bir gün bunu mənə izah et, yaxşı? Amma bəlkə bu pis bir şey deyil", - deyə Tramp əlavə edib.

Mənbə: Haberler.com