​Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

​Moldova - Azərbaycan oyununun vaxtı
13:20 19.10.2022
302 İdman
A- A+

Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.

AFFA-nın rəsmi saytında qeyd edilib ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.