"Qarabağda aparılan bütün tikinti işlərinə dövlət nəzarəti təmin olunub" .
Bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliynin rəis müavini Elxan Əsədov bildirib.
"Dadaşov adına İnşaat Materialları Elmi-Tədqiqat İnstitutunun Şuşa şəhərində təcrübə-sınaq laboratoriyası yaradılıb. Laboratoriya vasitəsilə ərazidə olan köhnə tikililər müayinə olunur, yeni tikinti meydançalarında sınaq işləri aparılır, təcrübələrin nəticələri vaxtı-vaxtında inşaatçılara çatıdırılır", - deyə E. Əsədov qeyd edib