Antalyada aparılan qazıntılar zamanı Santa Klaus obrazına ilham verdiyi bilinən xristian yepiskopu St.Nikolayın məzarı tapılıb.
Xəbər qısa zamanda dünyaya yayılıb və bir çox ölkədən arxeoloqların məzarı araşdırmaq üçün Türkiyəyə gələcəkləri bildirilib.
St.Nikolayın başqa bir xüsusiyyəti bütün dünyanın diqqətini çəkib. Məlumdur ki, öz dövründə yoxsullara etdiyi yardım və ianələri ilə tanınan St.Nikolay bu gün də mədəniyyət simvolu olan Santa Klaus obrazını ilhamlandırıb.
Mənbə: Haberler.com