Rusiyadan Qazaxıstana 56 beynəlxalq şirkət köçüb.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
Tokayev, şirkətlərin başqa ölkələrdən köçürülməsi üçün şərait yaratmağa çağırıb. Qazaxıstanın Baş naziri Əlixan Smailov jurnalistlər üçün keçirdiyi brifinqdə bir çox xarici şirkətlərin Rusiyanı tərk etdiyini bildirib:
“Biz 300-dən çox xarici şirkətin siyahısını tərtib etmişik. Onlara Qazaxıstanda fəaliyyət imkanları barədə məlumat verilib”.
Mənbə: Kommersant