​Rusiya Rostovdan Ukrayna ərazisinə raketlər buraxıb

​Rusiya Rostovdan Ukrayna ərazisinə raketlər
14:40 19.10.2022
258 Dünya
A- A+

Rusiyanın Rostov vilayətindən Ukrayna ərazisinə “Tu-95” vasitəsilə “X-101” raketi buraxılıb.

Məlumatı “Ukraina online” yayıb.

Məlumata görə, Ukraynanın Sumı vilayəti istiqamətində 4 raket atılıb.

Bildirilib ki, Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra vilayətlərində irimiqyaslı hava həyəcanı siqnalı verilib.