​Ukrayna Tokayevi İTTİHAM ETDİ

​Ukrayna Tokayevi
14:50 19.10.2022
248 Dünya
A- A+

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adı Ukraynanın “Sülhməramlı” saytının məlumat bazasına daxil edilib.

Siyasətçi 2019-cu ildə DW-yə verdiyi müsahibəsində Krımın Rusiyaya birləşdirilməsini ilhaq hesab etməyib.

O, bu sözlərinə görə, “Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə inkar etməkdə” ittiham edilib.

Qeyd edək ki, " Sülhməramlı" bazası Ukraynanın milli təhlükəsizliyinə qarşı törədilən cinayətlər üzrə araşdırma mərkəzinin internet resursudur.

Mənbə: Ednews