​Bu il əməkhaqqı fondu 16 faiz artıb

​Bu il əməkhaqqı fondu 16 faiz
15:00 19.10.2022
259 Sosial
A- A+

Ölkəmizdə ardıcıl sosial islahatların mühüm istiqaməti olan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da artımı ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında da əməkhaqqı fondunda 16 faiz (o cümlədən dövlət sektoru üzrə 17 faiz, özəl sektoru üzrə 15 faiz) artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə artıb.