​Atası tərəfindən seksual zorakılığa məruz qalan qız intihara cəhd etdi - Bakıda DƏHŞƏT

​Atası tərəfindən seksual zorakılığa məruz qalan qız intihara cəhd etdi -
15:30 19.10.2022
381 Hadisə
A- A+

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

Hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Qafqazinfo