Qış aylarının daxil olması ilə ABŞ-da “ət yeyən bakteriya” xəstəliyinin sayında artım müşahidə olunub.
Bakteriyanın daşqınlardan sonra ortaya çıxdığı və ya dəniz məhsulları üzərində olduğu bilinir. Amma erkən müdaxilə olunmadıqda qol və ayaq kimi əzaların itirilməsinə səbəb olur.
Məlumata əsasən, xəstəlik və ölüm halları İan qasırğasından sonra artıb. “Vibrio vulnificus” bakteriyası çiy dəniz məhsulları yeyən və ya sel sularına məruz qalan açıq yaraları olan insanlara yoluxur. Açıq yaraların ətrafında insan ətini yeyən bakteriyaların toplanması əzaların itirilməsi və ölümlə nəticələnə bilər.
Rəsmi məlumatlara görə, bu il “Vibrio vulnificus” bakteriyasına yoluxmuş 29 təsdiqlənmiş hadisə və 4 ölüm hadisəsi qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, adətən çiy və ya az bişmiş istiridyə və qabıqlı balıq yedikdə insanın bədəninə daxil olur. Açıq yara isti dəniz suyuna məruz qaldıqda bakteriyalar dəriyə də yoluxa bilər.
CDC-dən bildirilib ki, ət yeyən bakterial infeksiyanın əlamətlərinə qırmızıya çevrilən yaralar, dərinin şişməsi, yüksək hərarət, nəfəs darlığı və yüksək ürək dərəcəsi daxildir. Eyni zamanda əlavə olunub ki, yaraları və ya kəsikləri dərhal sabun və təmiz su ilə təmizləmək lazımdır.
Mənbə: Sondakika.com