30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız iki il öncə, sentyabrın 27-də başladılan əks-hücüm əməliyyatı nəticəsində 44 gün ərzində addım-addım azad olunub. Torpaqlarımız yeni tarix yazan igid əsgərlərimizin qanı, canı bahasına azadlığa qovuşub. İkinci Qarabağ döyüşlərinin igid şəhidlərindən biri də leytenant Ənvər Əliyevdir.
Onun atasıyla son danışığı sosial şəbəkələrdə yayılıb.
Şəhidin "Sağ qalsaq, görüşərik" sözləri eşidənləri kövrəldib.