​Avropa Superliqası bu vaxt başlayacaq

​Avropa Superliqası bu vaxt
17:20 19.10.2022
424 İdman
A- A+

Avropa Superliqasının qarşıdakı 2-3 il ərzində başlaması planlaşdırılır. 

Bu barədə layihənin yeni baş direktoru Bernd Reyxart danışıb. Onun sözlərinə görə, Avropa Superliqasının 2024/25 mövsümündə başlaması gözlənilir. 

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər. 

Bernd Reyxart isə bu gün Avropa Superliqasının baş direktoru təyin olunub.