Almaniya Xarici İşlər Nazirliyi tərəfindən Rusiya vətəndaşlarına viza verilməsi şərtlərinin sərtləşdirilməsi Avropa İttifaqının (Aİ) qaydalarına adaptasiyadır.
Bunu Nazirliyin nümayəndəsi Kristofer Burger brifinq zamanı deyib.
O həmçinin qeyd edib ki, Rusiya banklarına tətbiq olunmuş sanksiyalar bu ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrdə yaşayışlarını maliyyələşdirməsinə imkan vermir.
Burger onu əlavə edib ki, viza verilməsi tələblərinin sərtləşdirilməsi isə, Aİ tərəfindən təyin olunmuş qaydalara adaptasiyadır.
“Bu iki məsələni bir-birindən ayırmaq lazımdır – əslində Almaniya hökuməti qaydaları sərtləşdirməyib, Aİ Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinin ümumi qaydalarına düzəliş edib”, - deyə o bildirib.
Xatırladaq ki, bu ilin sentyabrın 6-da Avropa Komissiyası Rusiya vətəndaşlarına sadələşdirilmiş vizanın verilməsi barədə razılaşmanı tamamilə dayandırıb.
Mənbə: Apa