Avropa İttifaqının texniki qiymətləndirmə qrupunun üzvləri Ermənistanın Azərbaycanla sərhəd Vardenis rayonunun yaşayış məntəqələrində olub.
Bu barədə Ermənistanın Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bildirib.
Nümayəndə heyətini Sarkisyanın özü, Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı, polkovnik Vahram Qriqoryan və Vardenis icmasının rəhbəri Aharon Xaçatryan müşayiət edib.
Aİ-nin texniki qrupu Tretuk və Kutak kəndlərində olublar.
Qeyd edək ki, Aİ Ermənistanın Azərbaycanla sərhədinə 40 nəfərdən ibarət müşahidə missiyası göndərmək barədə qərar verib. Müşahidə missiyası 2 ay ərzində sərhəddə monitorinq aparacaq. Missiyanın bu ay Ermənistana gələcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.
Müşahidə missiyasından əvvəl isə texniki qiymətləndirmə qrupu Ermənistana səfər edib.
Mənbə: Apa