​“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin vaxtı açıqlanıb

​“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin vaxtı
13:10 20.10.2022
236 Siyasət
A- A+

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.

Milli Məclisdən verilən xəbərə görə, sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur.