​Çin öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

​Çin öz vətəndaşlarını Ukraynanı tərk etməyə
13:15 20.10.2022
234 Dünya
A- A+

Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyuy ölkə vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.

“Global Times” xəbər verir ki, nazir müavini bu çağırışı Çin Kommunist Partiyasının 20-ci qurultayı çərçivəsində keçirilmiş mətbuat konfransı zamanı edib.

“Ukraynada təhlükəsizlik sahəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, Çinin bu ölkədəki diplomatik nümayəndəlikləri Çin vətəndaşlarının təxliyəsinə hazırlaşır” – qeyd olunub.

Xatırladaq ki, bundan öncə İtaliya hökuməti də analoji bəyanatla çıxış edərək vətəndaşlarını Ukraynanı tərk etməyə çağırmışdı.

Mənbə: APA