İran hakimiyyəti iğtişaşlarda iştirak etdiklərinə görə Rusiya da daxil olmaqla 14 xarici ölkə vətəndaşını həbs edib.
Məlumata görə, ölkədə son iğtişaşlar zamanı Avstriya, Əfqanıstan, Böyük Britaniya, Rusiya, ABŞ, Fransa vətəndaşları həbs edilib. Onların əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır.
Qeyd edək ki, sentyabrın 30-da İslam Respublikasının Kəşfiyyat Nazirliyi Almaniya, İtaliya, Hollandiya, Polşa, Fransa, İsveç və digər ölkələrin 9 vətəndaşının saxlanıldığını açıqlayıb.
Mənbə: TASS