​"Rusiya ilə sərhədin 30%-i demarkasiya edilməyib" - Qazaxıstan XİN

​
13:55 20.10.2022
253 Dünya
A- A+

Qazaxıstan və Rusiya höküməti dövlətlərarası sərhədin ümumi uzunluğunun 70%-ni demarkasiya edib, qalan hissələrin demarkasiyası təxminən 2-3 il çəkəcək.

Bu barədə Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi deyib.

“Qazaxıstanla Rusiyanın sərhədi 7,5 min km-dən artıqdır. Bunun 70%-i demarkasiya olunub, qalan 30%-i dağlıq zonadadır. Biz sərhədin haradan keçdiyini dəqiq bilirik. Yalnız demarkasiya prosesi qalıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, hər iki tərəfdə sərhədlərin müəyyənləşdirilməsi prosesi artıq başa çatıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Qazaxıstan və Rusiya nümayəndələri AlmaAtıda keçirilən görüşdə sərhədin demarkasiyası üzrə iş planını müzakirə ediblər. Komissiyanın növbəti iclası bu ilin noyabrında Rusiyada keçiriləcək.

Mənbə: Kazinform