​Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edəcək

​Avropa İttifaqı İrana qarşı sanksiyalar
14:35 20.10.2022
300 Dünya
A- A+

Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. 

Məlumata əsasən, qərar Tehranın Moskvaya pilotsuz təyyarələr verməklə bağlı ittihamları ilə bağlıdır. Onlar üç şəxsə və beş şirkətə təsir edəcək.

“Rekord müddətdə, üç günlük müzakirələrdən sonra Aİ ölkələrinin daimi nümayəndələri Ukraynaya hücum edən İran pilotsuz təyyarələrini tədarük edən şirkətlərə qarşı tədbirlər haqqında razılığa gəliblər. Yazılı prosedur başa çatıb, sanksiyalar bu gün günortadan sonra rəsmi jurnalda dərc edildikdən sonra qüvvəyə minəcək”, - Avropa İttifaqına sədrlik edən Çexiyanın Daimi Nümayəndəliyi "Twitter"də bildirib.

Mənbə: Kommersant