​Bill Qeyts yeni hədəfini açıqladı- 1,2 milyard dollar ianə...

​Bill Qeyts yeni hədəfini açıqladı-
14:55 20.10.2022
A- A+

Koronavirusla bağlı proqnozları ilə gündəmə gələn Bill Qeyts diqqət çəkən yeni açıqlama verib.

Məlumata əsasən, Qeyts tərəfindən qurulan Bill və Melinda Qeyts Fondu yeni ianə imzalayıb. Bill Qeyts və onun keçmiş həyat yoldaşı Melindanın rəhbərlik etdiyi fond dünya miqyasında poliomielitlə mübarizə səylərinin bir hissəsi olaraq 1,2 milyard dollar ianə edib.

Bill Qeyts açıqlamasında deyir: “Poliomielit xəstəliyinin yox edilməsi qaçılmazdır. Ancaq hələlik xəstəlik təhlükə olaraq qalır. Birgə işləmək bu xəstəliyə son verə bilər”.

Qeyd edək ki, Qlobal Poliomielitlə Mübarizə Fondu 2026-cı ilə qədər 370 milyon uşağı peyvənd etmək üçün 4,8 milyard dollar toplamaq niyyətindədir.

Mənbə: Tgrthaber