​Rusiya Qara dənizdə Britaniya təyyarəsinin yaxınlığında raket atıb

​Rusiya Qara dənizdə Britaniya təyyarəsinin yaxınlığında
16:30 20.10.2022
262 Dünya
A- A+

Rusiya reaktiv təyyarəsi Britaniya Hərbi Hava Qüvvələrinə (RAF) məxsus təyyarə yaxınlığında raket atıb.

Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

O qeyd edib ki, sentyabrın 29-da Rusiya təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında patrulluq edən Britaniya təyyarəsi yaxınlığında raket buraxıb.

Rusiya hadisənin texniki nasazlıq olduğunu bildirib.

Ben Uolles bildirib ki, o, narahatlığını ifadə etmək üçün Moskvadakı müdafiə qərargahının rəisinə bunun potensial təhlükəli hərəkətlər olduğunu bildirib.

Mənə: APA