​Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməli qoyulub

​Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməli
15:48 20.10.2022
269 Qarabağ
A- A+

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

 Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib.