​Berluskoni Kremlə qarşı sanksiyaları pozdu - ŞOK SƏBƏB

​Berluskoni Kremlə qarşı sanksiyaları pozdu -
16:50 20.10.2022
295 Dünya
A- A+

Avropa Komissiyası İtaliya mətbuatında Rusiya Prezidenti Vladimir Putinin keçmiş baş nazir Silvio Berluskoniyə 20 butulka araq verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Bu barədə Avropa Komissiyasının sözçüsü “DPA” agentliyinə bildirib.

Onun sözlərinə görə, aprel ayından Rusiya arağının tədarükü qadağan edilib.

İddia edilir ki, Rusiya Prezidenti 86 illik yubileyində Berluskoniyə araq hədiyyə edib.

Berluskoninin “İrəli İtaliya” partiyası bu məlumatı təkzib edib. Rusiya tərəfi isə İtaliya mətbuatının xəbərlərini şərh etməyib.

Qeyd edək ki, Silvio Berluskoni və Vladimir Putin dəfələrlə görüşüb və bir-birlərini dost adlandırıblar.

Mənbə: Konkret.az