​Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri CƏZALANDIRILDI - RƏSMİ

​Şəhidlərin ruhuna hörmətsizlik edən direktor və müavinləri
17:00 20.10.2022
328 Ölkə
A- A+

İki həftə əvvəl Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmamasın ilə bağlı video yayılmışdı. Yayılan video ictimaiyyətdə ciddi tənqidlərə səbəb olmuşdu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırıb.

Qurumun mətbuat katibi Bəşarət Məmmədova açıqlamasında bildirib ki, araşdırma nəticəsində direktor və onun müavinlərinin əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdikləri ortaya çıxıb:

“161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib”.

Mənbə: Bizim.Media