Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə 15 baş ceyran buraxıblar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər.