​Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

​Ərdoğanın Azərbaycana rəsmi səfəri
21:15 20.10.2022
290 Siyasət
A- A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 20-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola saldı.