​Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb

​Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq
18:15 25.10.2022
255 Hadisə
A- A+

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sülh küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. 61 yaşlı kişi aldığı xəsarətlərdən keçinib.

Piyadanı vuran avtomobil hadisə yerindən yayınıb. Polis əməkdaşlarının apardığı əməliyyat- axtarışları tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.