Filippində Bikol universitetinin professoru Mari Joy tələbələrin imtahan zamanı cavabları köçürməsinin qarşısını amaq üçün maraqlı üsula əl atıb.
Belə ki, müəllim kağızdan və digər materiallardan müxtəlif formada papaqlar düzəldərək tələbələrdən onları taxmasını istəyib. Məlum olub ki, imtahan başlayanda tətbiq edilən bu əyləncəli üsul sayəsində şagirdlərin cavabları “oğurlaması” halı tamamilə aradan qalxıb.
İmtahan başlayarkən düzəldilən papaqlar internetdə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Mənbə: BBC