​Norveçdə Rusiyaya casusluqda şübhəli bilinən şəxs saxlanılıb

​Norveçdə Rusiyaya casusluqda şübhəli bilinən şəxs
17:30 25.10.2022
251 Dünya
A- A+

Norveçin Təhlükəsizlik Xidməti tərəfindən Tromsyö şəhərində Norveç Krallığı hökumətinin Rusiyaya casusluqda şübhəli bildiyi şəxs saxlanılıb.

Bu barədə NRK telekanalı məlumat yayıb.

Verilən məlumata əsasən, 30-40 yaşlarında Braziliya vətəndaşı saxlanılıb. Polis belə hesab edir ki, saxlanılan şəxs saxta sənədlərdən istifadə edir, əslində isə Rusiya vətəndaşıdır və bu ölkənin kəşfiyyatına çalışır.

Mənbə: APA