Ukrayna İranın pilotsuz təyyarələrindən istifadə etməklə Yəməndə Əl-Dəbbə neft terminalına edilən hücumu pisləyir və beynəlxalq ictimaiyyəti İran silahlarının terrorçulara yayılmasının qarşısını almağa çağırır.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba brifinqdə deyib.
“Yəmənin Hadramaut şəhərində yerləşən Əl-Dəbba neft terminalına hücum, 21 oktyabr... Ukrayna bu hücumları pisləyir. Hesab edirik ki, bu, beynəlxalq hüququn və normaların kobud şəkildə pozulmasıdır. Biz Yəmən xarici işlər nazirinin iki İran PUA-nın neft obyektini vurması ilə bağlı bəyanatını nəzərə almışıq”, - deyə XİN rəhbəri bildirib.