Azərbaycan və İsveçrə arasında münasibətlər intensivdir, iki ölkə arasında siyasi dialoq var.
Bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mətbuat konfransında deyib.
Azərbaycanlı diplomat yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladıb.
Fuad İsgəndərov bildirib ki, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlıq var: “Bu ilin əvvəlində isə neft ixracı sahəsində əməkdaşlıq başlayıb, Azərbaycandan İsveçrəyə 230 milyon dollar dəyərində neft ixrac olunub”.
Səfirin sözlərinə görə, bu gün İsveçrədə İtaliyadan gələn təbii qazdan istifadə olunur ki, bu da Azərbaycan qazıdır: “Avropa bizim ümumi istiqamətimizdir, biz İsveçrə də daxil olmaqla müxtəlif ölkələrlə əməkdaşlıqda maraqlıyıq”.