​"Makron və Şolts arasında fikir ayrılıqları var" - Politico

​
13:40 26.10.2022
194 Dünya
A- A+

Fransa və Almaniya liderləri arasında əsasən enerji məsələlərində gizli münaqişə var.

Bu barədə “Politico” qəzeti yazıb.

Qəzetdə bildirilib ki, Almaniya kanslerinin mətbuat xidməti oktyabrın 25-də Olaf Şolts ilə birgə konfrans keçirəcəyini açıqlayıb. Fransa liderinin mətbuat xidməti Almaniya kansleri ilə birgə bəyanatların planlaşdırılmadığını bildirib.

Qəzetin yazdığına əsasən, son həftələrdə Şolts və Makron enerji böhranından ən yaxşı şəkildə necə çıxmaq barədə mübahisə edir. Almaniya Əlcəzair, Nigeriya, Qətər, ABŞ və digər ölkələrdən qazı Fransanın cənub-qərbinə, oradan isə Avropaya çatdıracaq “Midcat” qaz kəmərinin tikintisini dəstəkləyir.

Fransa höküməti tikintini rentabelsiz hesab edir, çünki Paris özünü atom elektrik stansiyalarından istifadə etməklə enerji ilə təmin edir.