​"Bu, Ermənistanla İran arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər" - Erməni politoloq

​
13:55 26.10.2022
208 Dünya
A- A+

Bu, Ermənistanla İran arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər.

Bunu erməni politoloq Stepan Danielyan deyib.

“Ermənistan və Rusiya arasındakı gərginlik artıq ictimailəşib və bu, Ermənistanla İran arasında münasibətlərin pisləşməsinə də səbəb ola bilər. Bu, təkcə “gərginlik”lə bitə bilməz.

Tutaq ki, bir neçə gün sonra ABŞ-da keçiriləcək seçkilərdə respublikaçılar Konqresin yuxarı və aşağı palatalarına nəzarət etməyə başlayacaqlar. Bunun nəticəsində prezidentin səlahiyyətləri iflic olacaq. Daha sonra onlar büdcəyə xərclənmənin qanuniliyini araşdırmağa başlayacaqlar. Ukraynaya yardım, ya da deyək ki, Baydenin impiçmenti başlanacaq. Ya Baydenin demensiyası daha da pisləşəcək və ABŞ daxili problemlərə qərq olacaq. Ermənistandakı mövcud rejimin müdafiəsinə kim qalxacaq və regionumuzda nə baş verə bilər?”, – deyə Danielyan bildirib.

Mənbə: Panorama.am