"Biz tezliklə sülh müqaviləsi imzalamaq istəyirik".
Bu barədə oktyabrın 26-da jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalana bilər. Bu, heç bir razılaşmanın nəticəsi deyil, hər iki tərəfin istəkləri ilə bağlıdır. Açıqlanmayan isə son tarixdir.
“Tezliklə sülh müqaviləsi imzalamaq arzusundayıq. Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi bizim qırmızı xəttimizdir. Azərbaycan qoşunları Ermənistanın bütün beynəlxalq səviyyədə tanınmış ərazilərindən dərhal çıxarılmalıdır. Bu, bizim bütün beynəlxalq görüşlərimizdə birinci məqamdır. Mən heç bir ilkin şərt qoymaq istəmirəm, amma bu, müzakirə olunmur”, – Simonyan deyib.
Mənbə: News.am