​Mercedes Rusiyanı tərk etmək niyyətini təsdiqləyib

​Mercedes Rusiyanı tərk etmək niyyətini
14:35 26.10.2022
203 Dünya
A- A+

Almaniyanın "Mercedes-Benz" avtomobil konserni Rusiyanı tərk edərək yerli törəmə müəssisələrinin, o cümlədən Moskvadakı zavodun səhmlərini satmaq niyyətini təsdiqləyib.

"Mercedes-Benz" nümayəndələri vurğulayıblar ki, tranzaksiyanı başa çatdırmaq üçün Rusiyanın müvafiq orqanlarının razılığı lazımdır. 

"Mercedes-Benz RUS"un baş direktoru Natalya Koroleva bildirib ki, onun şərtlərini razılaşdırmaqda əsas prioritetlər Rusiya müştəriləri qarşısında həm satışdan sonrakı xidmət, həm də maliyyə xidmətlərinin göstərilməsi sahəsində öhdəliklərin maksimum şəkildə yerinə yetirilməsi, eləcə də onların saxlanmasıdır. 

Mənbə: RİA Novosti